Məzmuna keç
Şəkli böyüt ↗Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 oktyabr 2026-cı il tarixli iclası

30 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.

Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” qərar layihəsi müzakirə edilərək qəbul olunub.

İclasda 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Bununla yanaşı, Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında Ali Məhkəmə Plenumunun 16 yanvar 2023-cü il tarixli, 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

İclasda Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibində dəyişiklik edilməsi məsələsi də müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Hüquqi müraciət

Məsələnizlə bağlı məlumat təqdim edə bilərsiniz.

Əlaqə saxla →