Ana səhifə
Ekstradisiya

Ekstradisiya

Ekstradisiya barədə kiçik informasiya:


Ekstradisiya-cinayətkarların təhvil verilməsi anlamını daşıyır. Cinayətdə şübhəli bilinən və ya təsirləndirilən, eləcə də cinayətdə ittiham olunan həbs edilmiş şəxsin bir dövlətdən başqa bir dövlətə ötürülməsidir. 


Bəlkə də Ramil Səfərovun ölkəyə gətirilməsi prosesində bu termini eşitmisiniz.


Cinayət Məcəlləsində də təsbit olunan konkret nüansları qeyd edirəm:


- Xarici dövlətin ərazisində cinayət törətmiş AR vətəndaşları xarici dövlətə verilə bilməz.


- Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" AR Qanununa, AR-nın digər qanunvericilik aktlarına və AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.


- AR-nın hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl CM-nə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.


www.rahimovasevinj.com

+994 55 588 51 51


#hüquqşünas #cinayət #ekstradisiya #hüquqixidmət #məhkəmə #cinayətişi #cinayətprosesi